Youth Inc. team istifadə etdiyi tətbiqlər

Youth Inc. team istifadə etdiyi tətbiqlər

Youth Inc. team istifadə etdiyi tətbiqlər

Xüsusilə distant rejimdə mobil tətbiqlərsiz həyatımızı təsəvvür etmək çətin olardı. Biz də Youth Inc. team olaraq tez-tez istifadə etdiyimiz top-5 tətbiqimizi sizinlə bölüşürük 👇

Airtable – Nəhayət ki, 3 tətbiq dəyişdikdən sonra 2020-ci ilin startapı seçilən Airtable-da qərarlaşdıq. Bu tətbiq vasitəsilə aylıq iş planlarımızı və bölgünü müəyyən edib işə başlayırıq. Beləliklə, daha effektiv nəticə ortaya çıxır.

Canva – Bu tətbiq şübhəsiz, bizim həyat qurtarıcımızdır deyə bilərik. Kreativ təqdimatlar, hesabatlar və postlar üçün Canva vazkeçilməzimizdir.

Zoom – Görünür, 2020-ci ilin tətbiqi seçilən Zoom bizi tərk edənə oxşamır. Amma! Onlayn görüşlərimizdə ondan yan keçə bilmirik.

Google Drive – Bu tətbiqlə fayllar bir məkanda toplanaraq itmir və istənilən zaman, istənilən yerdən daxil olub fayllar paylaşmağa, düzəlişlər etməyə və şərh bildirməyə imkan verir.

Slack – Bu möhtəşəm tətbiq, istifadəçi dostu interfeysi və müxtəlif funksiyaları ilə komandamızın istifadə etdiyi kommunikasiya vasitəsidir. Və yalnız 2020-ci ildə 12 milyondan çox insan Slack tətbiqindən istifadə etmişdir.