KPI (Key Performance Indicator)

KPI (Key Performance Indicator)

KPI (Key Performance Indicator)

KPI (Key Performance Indicator) – Əsas Performans Göstəricisi biznesin, startapların və ya fərdlərin fəaliyyətini ölçməyə imkan verir. Arzu olunan məqsədlərə çatmaq üçün kriteriyalar (KPI-lar) olmalıdır ki, o KPI-lar bizi məqsədlərə doğru aparsın.

Amma onu yadda saxlamaq lazımdır ki, KPI yalnız performansı ölçmək üçün deyil. KPI-ın bir nömrəli məqsədi performansı yaxşılaşdırmaq, təkan verməkdir. KPI biznesimiz üçün sanki naviqator rolunu oynayır. Diqqəti daha çox hara yönəltmək lazım olduğunu göstərir.

İstər gənc təşəbbüskar, istərsə də multi milyon dollarlıq  şirkətin rəhbəri də olsanız, performans hədəflərini həyata keçirərkən KPI-lardan mütləq istifadə etməli olacaqsınız.


Faydalı linklər:
https://www.klipfolio.com/resources/articles/what-is-a-key-performance-indicator
https://quickbooks.intuit.com/r/financial-management/the-7-most-important-kpis-to-track-as-a-small-business/
https://www.cleverence.ru/articles/auto-busines/kpi-chto-eto-takoe-prostymi-slovami-i-kak-rasshifrovyvaetsya-abbreviatura-dlya-chego-nuzhny-klyuchev/
https://www.iienstitu.com/blog/anahtar-performans-gostergesi-kpi-nedir