Pilot layihə
“Youth Inc.” Sahibkarlıq Proqramı 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdən sonra pilot layihə olaraq başlamışdır.
“Youth Inc.” Sahibkarlıq Proqramı 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdən sonra pilot layihə olaraq başlamışdır.
2012-ci ildə 21 ölkənin üzv olduğu “Avropa İttifaqının Gənc Sahibkarlar Assosiasiyası”na (JEUNE) Azərbaycan üzrə yeganə üzv olaraq seçilmişdir.
2013-cü ildən rəsmi olaraq aktiv fəaliyyətə başlamış və 62 ölkədə fəaliyyət göstərən “Beynəlxalq Biznes İnnovasiya Assosiasiyası”na üzv olaraq seçilmişdir.
2015-ci ildən İnkubasiya xidmətləri göstərmək üçün “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin əsası qoyulmuşdur.
2017-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, 2019-cu ildə isə Avropa İttifaqının Gənc Sahibkarlar Assosiasiyası (JEUNE) tərəfindən “İlin təşəbbüsü” mükafatına layiq görülmüşdür.
Ekosistemdə “Youth Inc.” Sahibkarlıq Proqramının rolu gənclər və gənc sahibkarlar arasında təşəbbüsləri dəstəkləmək, sahibkarlıq haqqında məlumatlılığı artırmaq, gənclər və qadınlara sahibkarlıq təhsili verərək onların cəmiyyətdəki və iqtisadi inkişafdakı rolunu artırmaqdır.
Sahibkarlıq – mədəniyyətinin, düşüncə tərzinin və təhsilinin Azərbaycanda təbliğatı;
Cəmiyyət – gənc qadın və kişilərə bərabər imkanların yaradılması və gənclərin maarifləndirilməsi;
İnkişaf – innovativ ekosistemin və yeni iş və əməkdaşlıq imkanlarının yaradılması.