Komanda quruculuğu - sosial əlaqələri inkişaf etdirmək və komandalar içərisində rolları müəyyənləşdirmək üçün istifadə olunan müxtəlif növ fəaliyyətlərə verilən ümumi addır. Biz sizə 1 komandada planlı və məhsuldar olmağı öyrədəcəyik. Komandanızla insanları fərqli düşünməyə təşviq edəcəksiniz.
Mentor - daha az məlumatlı şəxslərə məsləhət verən təcrübəli və etibarlı şəxsə deyilir. Mütəxəssislərimiz fikirlərinizi biznesə çevirməyinizə və xəyallarınızı həyata keçirməyinizə kömək edəcək.
Kovörkinq əsasən eyni iş mühitini paylaşdığımız iş yeridir. Burda olan insanlar birgə işləyərək səmimi komanda mühtini yaradırlar. Mərkəzimizdə hətta əməkdaşlıq qura biləcəyiniz potensiallı həmkarlar tapa bilərsiniz.
Biznesə başlanılan ilk gündən kənar məqsədlər üçün iş əlaqələrini inkişaf etdirmək biznesiniz üçün çox önəmlidir. Şəbəkə qurma bacarığı hər bir sahibkarın malik olmalı olduğu ən vacib bacarıqlardan biridir. Beləliklə, Youth Inc sizə bu cür bacarıqları artırmağa kömək edəcək.
İnvestisiya, gəlir əldə etmək məqsədilə sahibkarlara verilən maliyyə və resurslar toplusudur. Layihələrimiz vasitəsilə həm investisiya qazana, həm də investorlara fikirlərinizi təqdim edə bilərsiniz.
Sahibkarlıq təhsili - sahibkarlıq şüurunu inkişaf etdirmək, biznesin yaradılması və ya kiçik bizneslərin inkişaf etdirilməsi vasitəsilə sosial-iqtisadi inkişafda iştirak etməkdə maraqlı olan hər kəsi məlumatlandıran, öyrədən rəsmi təlimlərin toplusudur. Bu sahədə önəmli biliklər əldə etməyinizə kömək edəcəyik.