Sahibkarlar haqqında məşhur mif #5
Dostlarla biznes qurmaq səhv addımdır.
Bir çoxlarımız düşünə bilərik ki, dostlarla ortaq biznes qurmaq onlarla olan əlaqələrimizi riskə atır. Əgər biznes uğursuzluqla nəticələnsə tərəflər günahı bir-birlərində axtarmağa başlayacaqlar. Bu hətta münasibətlərin sonlanmasına da gətirib çıxara bilər.
Amma yola ən yaxın dostları ilə çıxıb indi isə dillər əzbəri olan bizneslər, bunun sadəcə MİFdən ibarət olduğunu göstərir.
-Larry Page Google şirkətini yaxın dostu Sergey Brin ilə birgə qurdu;
-Bill Gates Microsoft`u ən yaxşı dostu- Paul Allen ilə birgə qurdu;
-Jack Ma Alibaba`nı nə az, nə çox düz 8 dostu ilə birgə qurdu;
-David Packard kiçik startap olaraq başlayan HP şirkətini tələbə dostu Bill Hewlett ilə birgə qurdu;
- Airbnb şirkəti isə 3 dostun - Brian Chesky, Nathan Blecharczyk və Joe Gebbia-nın ortaqlığı ilə ərsəyə gəldi;
Göründüyü kimi, dostlarla birgə biznes qurmaq olar, amma bütün şərtləri əvvəlcədən danışmağı unutmayın, necə deyərlər, şərti şumda kəsmək lazımdır.