Kiçik bizneslər üçün sosial media tövsiyələri #2

Kiçik bizneslər üçün sosial media tövsiyələri #2

Kiçik bizneslər üçün sosial media tövsiyələri #2

Bildiyiniz kimi, ötən həftə sosial media aspektindən kiçik bizneslərin işini asanlaşdıracaq yeni rubrikaya start vermişdik.

Rubrikamızın bu dəfəki tövsiyəsi sosial medianın yaratdığı imkanlardan istifadədir.

Artıq, hədəf kütlənizi müəyyənləşdirdiniz və indi mümkün olan bütün imkanlardan istifadə zamanıdır. Bu mənada bütün sosial media kanallarında aktiv yer almalısınız çünki siz Alisin möcüzələr diyarında yox, rəqabətli biznes dünyasındasınız:). Yəni məhsul/xidmətlərinizi tanıtmaq üçün sosial mediadan yaradıcılıqla istifadə edərək rəqabətdə bir addım öndə olmalısınız.

Bilməyiniz vacibdir ki, sizin izləyiciləriniz sizin potensial müştərilərinizdir. İzləyicilərinizlə daim qarşılıqlı əlaqədə olsanız, onlarla emosional bağ yaratmış olacaqsınız. Və bu, sizə potensial müştərilər qazandırmaqla yanaşı, biznesinizə olan etimaddan da yan keçməyəcək.


Faydalı linklər:

https://www.socialmediatoday.com/social-business/role-social-media-marketing-business
https://www.thebalancesmb.com/understanding-the-role-of-social-media-in-marketing-2296140
https://www.sosyalmedyaninsesi.com/2020/10/isletmeler-icin-sosyal-medya-kullanimi.html