Sahibkarlar haqda məşhur mif #1
Əksər insanlar unikal ideyaları olmadıqları üçün öz bizneslərini qurmağa çəkinirlər.
Əslində sahibkar olmaq üçün heç də yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Əlbəttə ki, ideyalar önəmlidir. Lakin! Planlaşdırma, liderlik, kommunikasiya və digər bir çox amillər də vacib rol oynayır.
Şəhərdə sayını itirdiyimiz yüzlərlə kafe və restoran xidmət sahəsi kimi fəaliyyət göstərir. Əmin olun ki, bu restoran sahibləri sahibkar olmağa qərar verdikləri zaman yeni bir konsepsiya icad etməyiblər. Və bəzən elə olur ki, gözəl və böyük ideyalar özünü doğrulda bilmir. Əgər müştərilərinizi yaxşı xidmətlə təmin edə bilmirsinizsə, biznesinizi dəstəkləyəcəklərini gözləməyin.
Uğurlu sahibkar olmaq yaxşı bir ideya sahibi olmaqdan daha çox şey ifadə edir. Əgər siz də sahibkar olmaq istəyirsinizsə, amma yeni ideyanız yoxdursa, ətrafı kəşf edin. Sizin ideyanız elə də uzaqlarda deyil :)