Loqonun əhəmiyyəti
Loqonu biznesin siması kimi təsəvvür etmək olar. Siz loqonu həm sifariş edə bilərsiniz, həm də müxtəlif loqo saytları fikir olaraq sizə yardımçı ola bilər.
Çox vaxt potensial müştərilərin biznesinizə dair diqqət edəcəyi ilk şey də məhz budur. HR menecerlərin CV-yə baxış müddəti saniyələr içində olduğu kimi, müştərilər də bir biznes haqqında saniyələr ərzində fikir formalaşdırırlar. Bu mənada sizin keyfiyyətli məhsul/xidmətlər göstərdiyinizi çatdırmağın asan yolu isə yaxşı dizayn edilmiş bir loqodan keçir.
Gəlin, bir loqonun görüntüdən daha çox şeyi ifadə etdiyinə birgə baxaq:
Amazon şirkətinin logosu dəyişdirilməyəcək qədər güclü bir mesaja sahibdir. A-dan Z-yə doğru gedən ox, müştərilərə şirkətin şüarlarından biri olan "A-dan Z-yə qədər hər şeyi bizdə tapa bilərsiniz" mesajını ötürür. Təsadüfi deyil ki, oxun istiqaməti də üzümüzdə təbəssüm yaradan emojini xatırladır:)
Faydalı linklər:
https://designpowers.com/blog/why-a-good-logo-is-important-for-your-small-business
https://medyavadisi.com/logonun-marka-icin-onemi/
https://logotipe.com/vaznost_logotype