Women in business

Women in business

Women in business

Kim deyir ki, yalnız kişi sahibkarlar uğurlu biznes qurur? Əzm və məqsədlilik olduqdan sonra “təşəbbüskarın dişisi, erkəyi olmur”👇

“Harpo Productions”ın qurucusu və mavi ekranların sevilən simalarından olan Oprah Winfrey,  tarixin ilk və tək qaradərili qadın milyarderidir. Biz əslində, Winfreyi özünün qurucusu olduğu və reytinqlər qıran “The Oprah Winfrey Show” tok şousundan tanıyırıq. “Forbes” jurnalına əsasən, o, 2.6 milyard dollarlıq sərvəti ilə ən çox qazanan məşhurların siyahısında 91-ci yerdədir. Bununla yanaşı, filantropist fəaliyyəti əsasında dünyanın müxtəlif bölgələrində məktəblər, qadın dərnəkləri inşa etdirən Oprah, qadınların biznes qurmaqda rol model aldığı qadın təşəbbüskarlardan bəlkə də birincisidir.

Mesaj isə çox aydındır: Qadınlara səlahiyyət verildikdə hər kəs faydalanır.