Startaplara tarixi baxış

Startaplara tarixi baxış

Startaplara tarixi baxış

Düşünə bilərsiz ki, startaplar müasir dövrün məhsuludur. Amma əslində, startapların yaranması xeyli qədimlərə gedib çıxır.

“Startup” anlayışı ilk dəfə 1939-cu ildə biznes ekosisteminin ürəyinin döyündüyü Silikon Vadisində meydana çıxmışdır. Həmin illərdə Stanford Universitetinin iki dost tələbəsi William Hewlett və David Packard birləşərək özlərinin kiçik layihələrini yaratdılar və ona “Start-up” adı verdilər.

Zamanla bu kiçik layihə, hazırda dünyanın nəhənglərindən sayılan “HP” şirkətinə çevrildi. Öz adını qurucularının adlarının baş hərflərindən götürən HP, demək olar ki, bu gün bir çoxlarının evində rast gəlinir. Maraqlıdır ki, HP şirkətinin başlanğıc sərmayəsi 538 dollar və ilk ofisi də Palo Altoda yerləşən adi qaraj idi. Bununla da, kiçik startap olaraq başlayan “HP” Silikon Vadisinin ilk nəhəng şirkəti oldu.


Faydalı linklər:

https://starting-up.org/en/starting-up/introduction/startup-history/
https://www.growly.io/what-is-a-startup-the-historical-background/
https://www.cleverism.com/history-hewlett-packard-computers/
https://ideabigness.com/startap-svedeniya-o-razvitii/