Kiçik bizneslər üçün sosial media tövsiyələri #1

Kiçik bizneslər üçün sosial media tövsiyələri #1

Kiçik bizneslər üçün sosial media tövsiyələri #1

Kiçik bizneslər ilk qurulanda işin böyük hissəsi təsisçilərin üzərinə düşür. Biz də sosial media aspektindən sizin işinizi asanlaşdıracaq tövsiyələrlə yeni rubrikaya start veririk.

Rubrikamızın ilk tövsiyəsi isə paylaşımlarınızın hədəf kütlənizə xitab etməsi ilə bağlıdır.

Əgər sosial mediada paylaşımlarınızın düzgün auditoriyaya çatmasını istəyirsinizsə, ilk növbədə hədəf kütlənizi müəyyənləşdirməlisiniz. Sizin hədəf kütləniz yaş, iş, gəlir səviyyəsi, təhsil, məkan və ya davranış kimi demoqrafik məlumatlara əsaslanır. Və bu auditoriya məhsulunuzla maraqlanma ehtimalı yüksək olan insanlardan ibarətdir.

Bəs hədəf kütlənizi necə müəyyənləşdirə bilərsiniz?

-Auditoriyanızın hansı sosial şəbəkədə daha aktiv olduğunu öyrənməklə başlamaq olar

-Sorğu keçirərək real müştərilərinizin kim olduğunu və digər lazımi məlumatları əldə edə bilərsiniz

-Rəqiblərinizin kanallarını analiz etmək, onların hansı vasitələrdən istifadə etdiyini bilmək sizə daha geniş imkanlar verəcək.


Faydalı linklər:

https://blog.hubspot.com/marketing/social-media-target-audience
https://blog.hootsuite.com/target-market/
https://www.webtures.com/tr/blog/sozluk/hedef-kitle-nedir/
https://skillbox.ru/media/marketing/kak_opredelit_tselevuyu_auditoriyu_v_sotsialnykh_setyakh/