Dot com bubble

Dot com bubble

Dot com bubble

Sahibkar düşüncə tərzi”nə sahib olan, fürsətləri daha tez görür amma “dot-com” köpüyünün partlaması da göstərdi ki, bu həmişə reallıqla üst-üstə düşməyə bilir.

90-cı illərin sonunda internetin və texnologiyanın yüksəlişi ilə ortaya çıxdı. Bu ad həmin dövrdə internet əsaslı şirkətlərin qurulması və ardıyca birja dəyərinin artması ilə əlaqəli idi. Dot-com şirkətlərinə google.com, amazon.com, facebook.com misal gətirmək olar.

Həmin dövrdə, internet istifadəçilərinin viral böyüməsi və investorların internet şirkətlərinə inanılmaz investisiyalar yatırması ilə sürətlənən bu köpük, sanki eyforiya ab-havası yaratmışdı. Təşəbbüskarlar üçün sərvətin qapıları, investorlar üçün isə qaçırılmayan fürsət kimi görünürdü.

2001-ci ildə birja dəyərinin 10% düşməsi ilə bu köpük görkəmli bir çöküşlə partlayanda kiçik şirkətlər iflasa uğradılar, böyük şirkətlər və investorlar dərin zərbə aldılar. Cisco-nun səhmləri 86% azaldı, eBay və Amazon kimi şirkətlər isə işıq sürətilə dəyər itirdilər. Lakin partlayışdan sağ çıxan Amazon indi dünyanın ən uğurlu şirkətlərindən biridir.
 
Faydalı linklər:
https://www.investopedia.com/terms/d/dotcom-bubble.asp
https://quote.rbc.ru/news/article/5ce3d5c99a7947958b7062df
https://finanswebde.com/dotcom-balonu-nedir/b/5e34138265e9f10038b4b2e7