Blogstar

Blogstar

Blogstar

Blogstar  2016-cı ildə azərbaycanlı bloggerləri bir araya gətirən yeganə influenser platforması olaraq fəaliyyətə başlamışdır və hazırda 3 istiqamət üzrə fəaliyyət göstərir:

1. Blogstar Academy - bloggerlik sahəsinə yeni başlayan gənclər üçün uzun və qısamüddətli kurs və təlimlərin keçirilməsini əhatə edir.

2. Blogstar Event - müxtəlif brendlərin açılış və bağlanış mərasimlərinin bloggerlərlə vasitəsilə yüksək səviyyədə təşkil olunmasını əhatə edir.

3. Blogstar İnfluenser - müxtəlif markaların nüfuzlu bloggerlər vasitəsilə öz istifadəçiləri ilə kommunikasiya qura bildiyi influenser marketinq sistemidir. 2 illik fəaliyyəti dövründə yerli və qlobal brendlərlə əməkdaşlıq quran Blogstar qlobal brend olan “Foreo” kosmetik brendi və influenserlarla əməkdaşlıq çərçivəsində yerli bazarda reklamını təmin etmişdir.

“Biz artıq qürur hissi ilə deyə bilirik ki, influencer marketinq sahəsinə özümüz influencer hazırlayırıq. Belə ki, bu il həyəta keçirdiyimiz Metamarfoz layihəmiz artıq iki kurs dərslər ilə artıq 20-ə yaxın influencerlər yetişdirmişik. “Metamarfoz 2” layihəmizin məzuniyyət gecəsində nfluenserlər, partnyorlarımız, media işçiləri ve müxtəlif brendlərin iştirakı ilə baş tutan tədbirimizdə fəaliyyətimiz və uğurlu layihələrimiz gözdən keçirildi. Bu gün isə yüz minlərlə auditoriyaya sahib yeganə platforma olaraq Azərbaycanda növbəti bir ilkə imza atmağa hazırlaşırıq.

Youth Inc. bizim üçün, təlim və görüşlərin yüksək səviyyədə və rahat təşkili üçün ideal, yaradıcı ruhda ofis mühiti ilə yanaşı, texniki və gözlənilməyən problemlərin həllində daim yanımızda olan möhtəşəm, səmimi kollektiv verdi. Müxtəlif növ dövlət və produktiv sahibkarlıq tədbirlərində iştirakımızı təmin edib və etməyə də davam edir. Eyni zamanda sosial media platformalarında, televiziya və radio verilişlərində öz fəaliyyətimizi işıqlandırmamız üçün daim dəstək və yönləndirmələr etmişdir. Bu ailənin bir parçası olduğumuz üçün çox şadıq.”