Edumap.az

Edumap.az

Edumap.az

“Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin məzunlarından biri olaraq biz gəncləri, cəmiyyətimizi təhsil sahəsindəki yeniliklər barədə məlumatlandırmaq, layihə, təlim, seminar və xaricdəki təhsil imkanları barədə yenilikləri onlarla paylaşmaq məqsədi ilə saytı ərsəyə gətirmişik. Sayt daha çox təhsil yönümlü xəbərlərin istehsalı üzrə ixtisaslaşıb. Hədəfimiz gənclərin hərtərəfli inkişafı üçün təhsil imkanları barədə onlara məlumat vermək, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təşəbbüslərini dəstəkləməkdir.

Edumap.az təhsil saytı olmaqla yanaşı mədəniyyət, gənclərin fərdi inkişafı üçün nəzərdə tutulan proqramlar barədə məlumatları geniş oxucu kütləsinə çatdırır. Multimedianı tam dəstəkləyən saytda elektron kitabxanada fəaliyyət göstərir.