Uğur Birlik

Uğur Birlik

“Uğur Birlik” Təlim-İnkişaf və Psixoloji-Loqopedik Mərkəzi

“Uğur Birlik” Təlim-İnkişaf və Psixoloji-Loqopedik Mərkəzi 2018-ci ildən başlayaraq Gəncədə, o cümlədən ətraf rayonlarda təcrübəli təlimçilər vasitəsilə inkişafetdirici təlim və seminarların təşkili layihələrini həyata keçirir. Mərkəzin məqsədi insanların ehtiyacları əsasında yeni bilik və bacarıqların əldə edilməsi imkanlarını yaratmaq və cəmiyyətin inkişafına yönələn fəaliyyətlərin artırılmasına xidmət etməkdir. Mərkəz cəmiyyətdə uşaqların, həmçinin gənclərin gələcəyini təmin edən yenilikləri dəstəkləyərək psixoloji maarifləndirmə və xidmətlərdə öz töhfələrini verməklə fəaliyyətini davam etdirir.

“New Generation” layihəsində iştirak etməyim mənə yaxşı bir təcrübə verməklə bərabər, 4 mərhələni uğurla yekunlaşdırmağı və 17 sahibkarla birgə investorlar qarşısında biznesimizi təqdim etmək, sonda qalib gəlmək kimi imkanları vermişdir.
Bu layihədə əldə etdiyimiz mükafatla hal-hazırda mərkəzimizdə bir çox xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün şərait yaradılmış və onların xüsusi təlimləri üçün vasitələr təmin olunmuşdur. Belə bir imkanın bizə verilməsi gələcəkdə Gəncə şəhərində ilk regional “İnklüziv Uşaq Mərkəzi”nin təməlini qoyma şansını bizə bəxş etmişdir.”