Youth Inc. Business Academy

Youth Inc. Business Academy

“Youth Inc. Business Academy” - “Youth Inc. Business Academy” 2016-cı ildə Gənclər və İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, “Coca-Cola” şirkəti, keçmiş “Yüksək Texnologiyalar Parkı” və “Nobel Oil” enerji şirkətinin dəstəyi ilə həyata keçirilən Akselerasiya Proqramı layihəsidir. Layihənin məqsədi xarici və yerli mentorlar tərəfindən hazırlanan 6 həftəlik intensiv təlim-tədris kursunda iştirak edən şəxslərin biznesin təşkili, əqli mülkiyyət hüquqları, şirkətlərdə sahiblik və şəriklik formaları, yeni texnologiyalardan şirkət işində istifadə mexanizmləri barədə müvafiq bilik və bacarıqlara yiyələnməsi olmuşdur. Təlimlər zamanı yüksək fəallıq göstərən və reallaşması mümkün biznes ideyası olan iştirakçılar, Biznes Model Kətanından istifadə edərək biznes ideyasını həyata keçirmək, potensial müştəriləri aşkar etmək və onlarla kommunikasiya yaratmaq üçün mövcud vasitələr haqqında məlumat əldə ediblər. Eyni zamanda, istər ölkədaxili, istərsə də ölkə xaricindən olan potensial biznes tərəfdaşlarını aşkar etməyin üsullarını, onlarla görüşüb birgə iş birliyi qurmaq imkanı əldə ediblər. Proqramın yekununda iştirakçılar öz bizneslərini ABŞ və Azərbaycandan olan investorlara təqdim edərək 50.000 AZN investisiya cəlb etmək fürsətinə də sahib olublar.

(Statistika: 6 həftəlik intensiv proqram; 25 gənc; 72 saatlıq seminar; 4 xarici mentor; 6 yerli mentor.
Proqram çərçivəsində Steve Blank tərəfindən hazırlanmış “Startapın Əsasları” video dərsliyi də Azərbaycan dilinə tərcümə olunmuşdur. İzləmək üçün : QR code)

Youth Inc. Business Academy