“Youth Inc.” Sahibkarlıq Proqramı daima qadın sahibkarlığını və qadınların təşəbbüslərini dəstəklədiyi kimi ölkəmizdə 2019-cu ilin əvvəlində fəaliyyətə başlamış “Girls Code Azerbaijan” platforması ilə sıx əməkdaşlıq çərçivəsində xanımlar üçün müxtəlif tədbirlər həyata keçirir. Müxtəlif zaman aralığında platforma ilə qarşılıqlı olaraq startap komandalar üçün veb dizayn və proqramlaşdırma üzrə təcrübə proqramında İT sahəsində fəaliyyət göstərən xanımlara təcrübə imkanı yaratmaqla yanaşı, “Virtuallaşdırma”, “Mühəndis xanımlar və Yeni Nəsil Texnologiyalar” həmçinin bir neçə fərqli mövzuda “Girls Code Azerbaijan” platforması ilə birgə təlimlər və seminarlar həyata keçirilib.