#WE2019 Xanım sahibkarlar üçün müsabiqə

#WE2019 Xanım sahibkarlar üçün müsabiqə

“WE2019 Xanım sahibkarlar üçün müsabiqə 2019-cu ilin Yanvar-Fevral ayları ərzində “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən AzərTürkBank ASC-nin əsas dəstəyi ilə həyata keçirilib. Müsabiqənin ilkin mərhələsində Respublika üzrə 16 yaşdan yuxarı sahibkar xanımların müraciətləri toplanılıb. Müsabiqəyə, ümumilikdə, 161 xanım sahibkar müraciət edib. İlkin seçim mərhələsindən sonra 68 xanım sahibkar ikinci mərhələyə keçid haqqı qazanıb. Daha sonra tərəfdaş qurumlardan ibarət xüsusi komissiya tərəfindən yenidən müəyyən kriteriyalar əsasında seçim aparılaraq 11 finalçı müəyyən edilib. Seçilmiş 11 finalçı münsiflər heyəti qarşısında çıxış edərək öz biznes və fəaliyətlərini təqdim edib. Finalçıların çıxışlarından sonra artıq 5 nominasiya üzrə qaliblər müəyyən edilib.

Belə ki, “İlin ən gənc sahibkar xanımı” – “FitDiet” brendi ilə Ləman Xəlilzadə, “İlin təşəbbüskar xanımı” – “TourismLab” brendi ilə Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” – “BD Kids” brendi ilə Elvira Bağırova, “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” – Cuisine Chez Billura” brendi ilə Billurə Bernard, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” isə “Tovuz Baltiya MMC” brendi ilə Günel Məmmədhəsənova olub.

(Statistika: 2 ay, 161 müraciət, 11 finalçı; 5 qalib)

#WE2019 Xanım sahibkarlar üçün müsabiqə
  • Paylaş :
  • Tarix : 13.01.2019 - 08.02.2019