Start&Up Forum

Start&Up Forum

2017-ci ildə “Start&Up Forum həyata keçirilmişdir. Forum startapların inkişafı, dövlət və özəl sektorun gənc sahibkarlara dəstəyi, ölkəmizdə biznes inkubasiya mərkəzlərinin fəaliyyəti, orta və kiçik sahibkarlığın biznesə sıfırdan başlaması istiqamətlərini müəyyən etmək məqsədilə baş tutmuşdur. Təşkil edilən panel müzakirələr Silikon Vadisindən olan mütəxəssislər Brock Hinzman və Eileen McGinnes, həmçinin yerli mütəxəssislər də iştirak etmişdir. Ümumilikdə, forumda 10 startapın təqdimatı və “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin rezidentlərinin sərgisi keçirilmişdir.

Start&Up Forum
  • Paylaş :