#SAHNA. Effektiv Natiq – Uğurlu Sahibkar layihəsi 2019-cu ildə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) platformasının tərəfdaşlığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihə müddətində Respublikanın 4 bölgəsində (Bakı, Quba, Şəki və Xaçmaz) təlim kursu və mentorinq mərhələsi baş tutub. Layihənin əsas məqsədini praktiki biliklərlə sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaq təşkil etmişdir. Həmçinin, bu layihə ideyası, startapı və ya biznesi olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək edib.
(Statistika: 5 aylıq hazırlıq və icra çərçivəsində: 210 gənc əhatə edilib, 130 layihə təqdim edilib, 4 qalib müəyyən edilib.)