“Youth Inc.” Sahibkarlıq Proqramı öz biznesinə başlamaq istəyən və yeni biznesini inkişaf etdirən gənc sahibkarları “Paylaş! Qazan! Biznesinə başla!” adlı onlayn müsabiqədə iştirak etməyə və 2 500 AZN-dək ilkin investisiya əldə edərək “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin imkanlarından yararlanmağa dəvət etmişdir.
Onlayn formada həyata keçirilən müsabiqənin ilkin mərhələsində iştirak edən 698 nəfərdən 65-i ideyalarını təqdim edib və final mərhələsində iştirak üçün 9 ideya seçilib ki, nəticədə 4 qalib ideya "Youth Inc." Sahibkarlıq Proqramı tərəfindən ilkin investisiya əldə edib.
Qaliblər siyahısında "Free Wifi" layihəsi ilə Teymur Kuseba, "Velokuryer" layihəsi ilə Tofiq Hidayətzadə, "Starbukz" layihəsi ilə Kənan Məmmədov və "Edu-Map.org" layihəsi ilə Rasim Abdurəhmanov yer alıb. Sözügedən layihə müəllifləri investisiya ilə yanaşı, "Youth Inc." Biznes İnkubasiya Mərkəzinin imkanlarından da faydalanmışlar.
( Statistika: 698 müraciət; 65 ideya; 9 layihə; 4 qalib; 2500 AZN mükafat.)