Öz biznesinə başla!

Öz biznesinə başla!

2016-cı ilin birinci yarım ilini əhatə edən “Öz biznesinə başla!” layihəsinin məqsədi gənclərdə biznes ideyalarının formalaşdırılması, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması, biznes ideyanın təhlinin aparılması, biznesin qeydiyyatı və s. mövzularda bilik və məlumatın artırılması olub. Təlim iştirakçıları arasından ümumilikdə biznes təlimçi – multipleyer adını qazanmış 30-a yaxın gənc seçilib.

İlkin mərhələdə həmin gənclərə “Öz biznesinə başla!” layihəsi çərçivəsində nəzəri biliklər öyrədilib, həmçinin auditoriya qarşısında çıxış etmək, kütləni ələ almaq, liderlik bacarıqlarını nümayiş etdirmək və digər bu kimi bacarıqlar aşılanıb.

Növbəti mərhələdə öyrədilən bilik və bacarıqları nümayiş etdirən biznes təlimçilər fəaliyyətləri dövründə öz həmyaşıdları – universitet tələbələri, gənclər təşkilatları nümayəndləri qarşısında çıxış ediblər.

Geridönüşlər:

“Keçdiyim təlimlər, qazandığım uğur mənə əsl həyat təcrübəsi oldu. Təlimlər zamanı insanları tanımaq, onlara təsir etmək, informasiyanı düzgün şəkildə ötürmək və geri almağın vacibliyini öyrəndim. Artıq geniş auditoriya qarşısında çıxışımı maraqlı etməyin yollarını öyrəndim. Təşəkkürlər, “Youth Inc.”!” – Aysel Məmmədova, multipleyer

“Uğur xəritəmi çəkdikdə yolumun məhz “Youth Inc.” Sahibkarlıq Proqramından keçməsini görmək çox sevindiricidir. Hədəflərimə çatmağa yardımçı olan hər kəsə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.” – Elçin Hacıəliyev, multipleyer

Statistika: 12 ali təhsil ocağı; 36 təlim; 1500 gənc.

Öz biznesinə başla!
  • Paylaş :