“New Generation” 2019

“New Generation” 2019

“New Generation” Biznesə Dəstək Layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı və “Coca-Cola” Fondunun əsas dəstəyi ilə 2018-2019-cu illər ərzində həyata keçirilmişdir.
Layihənin ilkin mərhələsi olan “New Generation Awareness” mərhələsi Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi regionlarından 2030 gənci əhatə etmişdir. Bu mərhələnin əsas məqsədi insanlara sahibkarlığın əhəmiyyəti və cəmiyyətdə olan problemlərə innovativ yanaşmaya ehtiyac olduğunun çatdırılması idi.
İkinci mərhələ olan “New Generation University” mərhələsində 4 iqtisad regiondan olan 1114 gəncin iştirakı ilə İdeya Generasiyası, Rəqəmsal marketinq, Sahibkarlıq bacarıqları mövzularında təlim və vörkşoplar keçirilib.

İkinci mərhələnin ardından 100 ideya sahibi gənclə “face-to-face” görüşlər keçirilərək növbəti mərhələ olan “New Generation: LAB” mərhələsinə keçid alınmışdır. Bu mərhələdə iştirakçılar info sessiyalar, mentor görüşləri, “Vergi və Hüquq”, “Biznes Model Kanvas”, “Satış”, “Komanda quruculuğu”, “Brendinqin əsasları”, “Təqdimatın yaradılması” kimi mövzularda, vörkşoplarda və netvörkinq günlərində iştirak ediblər. Həmçinin təlimlərdən sonra Onlayn Mentorluq Platforması vasitəsilə iştirakçılar və təlimçilər arasında kommunikasiya yaradılmışdır.

Final mərhələsi olan  “Pitch Day” mərhələsində müxətlif sahələrdən olan şəxslərin və sahibkarların şəbəkələşməsi üçün böyük imkanlar yaradılıb. Layihə çərçivəsində 4 iqtisadi regiondan layihənin 4 mərhələsini yekunlaşdırmış 17 sahibkar investorlar qarşısında həyəcanla dolu çıxışlar edərək öz bizneslərini təqdim edib. Daha sonra münsiflər heyətinin gərgin müzakirələrinin ardından qaliblər seçilib.

“New Generation” 2019