2016-cı il 20 noyabr tarixində “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində Azərbaycan Sahibkarlıq Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı və Azərbaycan İnvestisiya Şirkətinin təşkilati dəstəyi ilə “Mən bunu bilsəydim” adlı tədbir həyata keçirilib. Tədbir Davos formatında tərtib olunaraq 4 biznes sahibinin öz bilik və təcrübələrini bölüşdüyü panel müzakirələrindən ibarət olmuşdur. 100-ə yaxın gənc, sahibkar və qurum nümayəndələrinin qatıldığı panel müzakirələrində uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Energie Mondiale” şirkətinin təsisçisi və direktoru Elvin Mahmudov, “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İstehlakçıları Assosiasiyası”nın sədr müavini, xanım sahibkar Jalə Əmirbəyova, Aqrarkredit QSC Bank, İdarə Heyəti Sədrinin baş məsləhətçisi Turhan Poyraz və Antaris şirkətinin CEO-u Balağa Cəfərov fərqli mövzularda öz bilik və təcrübələrini bölüşüb.
Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı dünyanın 140 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Həftəsi”nin Azərbaycanda eksklüziv nümayəndəsidir.