Gənc Sahibkar Axtarışında

Gənc Sahibkar Axtarışında

2017-ci ildə “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə “Gənc Sahibkar Axtarışında” layihəsi həyata keçirilmişdir.  3 ay davam etmiş layihədə Bakı və Şəki şəhərlərindən, ümumilikdə, 100 gənc əhatə edilib. Layihə çərçivəsində gənclərin sahibkarlıq təşəbbüslərinə dəstək olmaq, gənclər arasında sahibkarlıq biliklərini formalaşdırmaq, paralel olaraq kiçik və orta biznesin inkişafına töhfə vermək, paytaxt və region gəncləri arasında təşəbbüskarlığı formalaşdırmaq məqsədilə biznes və sahibkarlıq mövzusunda maarifləndirmə təlimləri baş tutmuşdur.

(Statistika: 3 ay; 20 layihə; 100 iştirakçı gənc (Bakı və Şəki)

Gənc Sahibkar Axtarışında
  • Paylaş :
  • Tarix : 30 Oktyabr 2017