from Start to Smart

from Start to Smart

“from Start to Smart” - 9 aylıq müddəti əhatə edən sahibkarlığın, startapların inkişafına yönələn və mövcud su problemlərin innovativ həllinə istiqamətlənən 4 mərhələli bir layihədir. İdeya Generasiyası, Pre-inkubasiya, İnkubasiya və Final mərhələlərindən ibarət layihə müddətində ideyaların yaradılması, həmin ideyalar əsasında prototipin ərsəyə gəlməsi və sonda investisiya əldə etmək imkanları sizi gözləyir. 

Bizim bu layihədə məqsədlərimiz 

• Sahibkarlıq və startaplar haqqında məlumatlılığı və fəaliyyətini artırmaq, 
• Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyini çatdırmaq,
• Qadın sahibkarlığına təkan vermək,
• Regionlarda mövcud olan su problemlərinə innovativ həll yolları tapmaq,
• İcmalarda suya çıxış imkanlarının yaradılması,
• Yeni bizneslər və iş imkanları yaratmaqdır.

Əgər bu məqsədlərdən birinə öz töhfəni verə biləcəyini düşünürsənsə və özünü #başdansona doğru bu layihənin daha doğrusu, macəranın bir hissəsi olaraq görürsənsə, elə indi gəl qeydiyyatdan keç.

Qeydiyyatdan keçmək üçün son müraciət tarixi: 26 aprel 2021, saat 23:59

Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-Cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramın maliyyə dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə keçirilir.

from Start to Smart