Yeni Nəsil 2.0

Yeni Nəsil 2.0

“Youth Inc.” Sahibkarlıq Proqramı "Yeni Nəsil 2.0" (New Generation 2.0) gənc sahibkarlara dəstək layihəsinə qeydiyyatı açıq elan edir!

“Yeni Nəsil 2.0” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Coca-Cola” Fondu və Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə həyata keçirilir. 

Layihənin məqsədi Azərbaycanda gənclərin və qadınların sahibkarlıq fəaliyyətində iştirak etməsinə imkan yaratmaq və biznesə öz dəstəyini verməkdir. Sahibkarlıq düşüncəsi, təhsili və mədəniyyəti, “HoReCa” (Otel, restoran, keterinq), kənd təsərrüfatı, innovasiya-startap və rəqəmsallaşma layihənin əsas istiqamətlərini təşkil edir.

Həmçinin, layihə ölkəmizin Bakı, Abşeron-Qobustan, Gəncə-Qazax, Şəki- Zaqatala, Sabirabad və Lənkəran bölgələrindən olan gəncləri əhatə edəcək.

“Yeni Nəsil 2.0” layihəsi Azərbaycanda artıq ikinci dəfə keçirilir. 2019-cu ildə “Yeni Nəsil” layihəsi ilk dəfə keçirilən zaman 2000-dən artıq gənci əhatə etmiş, 3 ən uğurlu komanda – “Buqelemun”, “Owbike” və “Uğur Birlik” investisiya əldə edərək ideyalarını reallaşdırıblar.

Əgər sən də sahibkarlıq təhsili almaq, gənc sahibkarlardan biri olmaq, investisiya imkanı əldə edərək ideyanı reallaşdırmaq istəyirsənsə, elə indi qeydiyyatdan keç və “bacaran”lardan biri ol!

Son müraciət tarixi: 25 mart, saat 23:59

Yeni Nəsil 2.0