Gənc Sahibkar Ol

Gənc Sahibkar Ol

“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Sahibkar Ol” layihəsi həyata keçirilib. 2019-cu ilin əvvəlində Şəki gəncləri üçün həyata keçirilmiş bu layihə, ümumilikdə 120 gənci əhatə edib. Xanımların üstünlük təşkil etdiyi iştirakçılar arasından cəmi 15 layihə seçilib. Əsas məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinə təşəbbüs və bu sahə haqqında biliklərin artırılması olan layihənin finalında təqdim edilmiş biznes planlar arasından 3 ideya qalib olmuşdur.
Geridönüş:
“Layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm. “Youth Inc.” Sahibkarlıq Proqramının dəstəyi ilə və birbaşa öz təşəbbüsü ilə Şəki şəhərində keçirilmiş bu tipli təlimlər, layihələr şəxsən mən və bir çox gəncdə sahibkar olmaq düşüncəsini, startap, təşəbbüskarlıq ideyalarını formalaşdırıb.” – Aytac Əhmədova, layihə iştirakçısı.

(Statistika: 15 layihə; 120 iştirakçı gənc)

Gənc Sahibkar Ol
  • Paylaş :